Kriptovalyuta nüfuzunun yeni üfüqləri: gündəlik transaksiyalar

Kriptovalyuta nüfuzunun yeni üfüqləri:    gündəlik transaksiyalar
  25 İyun 2024    Oxunub:536
Dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçısı Binance 2024-cü ilin birinci yarısında kriptovalyutanın nüfuzunun, məlumatlılığının və inamının artma səviyyəsi ilə bağlı nəticələrini paylaşıb.
Gündəlik transaksiyalarda kriptovalyutalar


“BTC Map”in məlumatına görə, kriptovalyutanı qəbul edən venderlərin sayı 2022-ci ilin oktyabr ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində 42% artmışdır ki, bu da kriptovalyutaların geniş cəlbediciliyini sübut edir. “Deloitte”nin bu yaxınlarda apardığı sorğuya əsasən, kiçik biznesdən iri korporasiyalara qədər tətbiqin əyrisi yüksəlir, belə ki, venderlər yeni müştərilərin cəlb edilməsi və transaksiya komissiyalarının azaldılması da daxil olmaqla, kriptovalyuta ödənişlərinin üstünlüklərini təsdiq edirlər.

Kriptovalyutaların gündəlik həyata inteqrasiyasının digər danılmaz əlamətini kripto-bankomatların çoxalması təşkil edir. Qlobal kripto-bankomatlar bazarı 2022-ci ildəki 115 milyon dollardan 2023-cü ildə 181 milyon dollara qədər artıb ki, bu da cəmi bir il ərzində 64% artım deməkdir.

“Chainalysis”in verdiyi məlumata görə, steyblkoinlər istifadəyə görə artıq digər kriptovalyutaları üstələyib. Onlar ABŞ dollarına sadiq qalaraq gündəlik transaksiyalarda, xüsusən də dəyərin saxlanması və transsərhəd köçürmələrin asanlaşdırılması baxımından əsas rol oynayırlar.



Təhsil və inam

⦁“Consensys і YouGov”un apardığı sorğuya əsasən, dünya üzrə respondentlərin 92%-i kriptovalyutalar haqqında eşitmiş, 50%-i isə bunun nə olduğunu başa düşdüyünü bildirmişlər.
⦁“Paradigm”in ABŞ seçiciləri arasında apardığı sorğuya əsasən, ABŞ seçicilərinin 19%-i kriptovalyutaya sahibdir, 69%-i isə mövcud maliyyə sistemindən narazıdır ki, bu da alternativ maliyyə alətlərinə artan tələbatı təsdiq edə bilər.

⦁Dünyada blokçeyn kursları və ixtisasları təklif edən, kriptovalyuta sənayesində işləmək üçün yeni nəsil peşəkarlar hazırlayan ali təhsil müəssisələrinin sayı artır. “Global Blockchain Business Council”in verdiyi məlumata görə, hazırda 70-dən çox ölkədə 1970 kurs təklif olunur.

“Binance”a artan maraq

“Binance” yeni istifadəçilərin kütləvi axınını və artan ticarət aktivliyini qeydə alıb. 2024-cü ilin əvvəlindən platformada 30 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçmiş, gündəlik baş çəkmələr və ticarət həcmi isə əhəmiyyətli dərəcədə artmışdır. Platformada saxlanılan müştəri aktivlərinin dəyəri ilk dəfə olaraq 100 milyard dolları ötmüşdür.

2024-cü ilin mart ayında spot ticarət həcmi 121% artaraq 1,12 trilyon dollara, derivativlərin ticarət həcmi isə 89,7% artaraq 2,91 trilyon dollara çatmışdır.

2024-cü il kriptovalyuta sənayesi üçün əlamətdar il olmuşdur, belə ki, bu il kriptovalyutaların tətbiqi və məlumatlılığı kəskin şəkildə artmış, rəqəmsal aktivlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir.

Kriptovalyuta sənayesi tətbiq, məlumatlılıq və təhsildə əhəmiyyətli addımlara səbəb olan uzunmüddətli bazar yüksəlişləri sayəsində təkan verilən sürətli artım dövrlərinə malik olmaqla dövri şəkildə inkişaf edir. Bu, şübhəsiz ki, 2024-cü ilin bazar siklində öz əksini tapır.

AzVision.az


Teqlər:





Xəbər lenti