Milli Məclisin VII çağırışına qalan qanun layihələri

   Milli Məclisin VII çağırışına qalan    qanun layihələri
  26 İyun 2024    Oxunub:763
Milli Məclisin iyunun 28-də keçiriləcək növbədənkənar sessiyasının sonuncu plenar iclası ilə altıncı çağırış işini yekunlaşdıracaq.
AzVision.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. Ailə Məcəlləsinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. orpaq Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. AƏmək Məcəlləsinə, Vergi Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

10. Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

12. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
Ətraflı

13. “Lisenziyalar və icazələr haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi.

14. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasın da qanunvericilik işləri planına daxil edilsə də iki qanun layihəsi qəbul edilmədi. Onların növbəti çağırışda müzakirə olunması gözlənilir.

Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına 5 məsələnin salınması təklif edilmişdi.

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

3. Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

4. “Ali təhsil haqqında” qanun layihəsi;

5. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri

Bu məsələlərdən ikisi müzakirəyə çıxarılmayıb:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Milli Məclisin 2024-cü ilin yaz sessiyasında 13 iclas keçirilib, 61 qanun qəbul edilib.

Yaz sessiyası müddətində 2 yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti