Şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar - FOTOLAR

Şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar -    FOTOLAR
  26 İyun 2024    Oxunub:827
26 İyun - Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.
AzVision.az xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılaraq, dualar ediblər.

Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Birinci Qarabağ müharibəsi Şəhidlərinin Xiyabanı da ziyarət edilib.

Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.

Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

AzVision.az

Qalereya




Teqlər: Qarabağ   şəhid-ailələri  





Xəbər lenti