Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

   Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub
  26 İyun 2024    Oxunub:1321
Şirvan Şəhər İcra Hakimiyyəti 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Heydər Əliyev Mərkəzində şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirib
AzVision.az xəbər verir ki, görüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, həmçinin Şirvan şəhər Şəhidlər xiyabanı və “Şəhid anası” memorial abidə kompleksini ziyarət ediblər.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Silahlı Qüvvələr Gününə və Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğuna həsr olunmuş “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filmi nümayiş olunub. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğundan söhbət açılıb. Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusunun formalaşdığı vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsinin, həmçinin 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərpa olunmasının məhz bu müdrik siyasətin parlaq təzahürü olduğu bildirilib. Qazanılan şanlı Qələbənin təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyduğu diqqətə çatdırılıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirilib.

Görüşdə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti