ABŞ-da cani 23 il əvvəl törətdiyi qətlə görə edam edilib

ABŞ-da cani 23 il əvvəl törətdiyi qətlə görə edam edilib
  27 İyun 2024    Oxunub:681
ABŞ-da 2001-ci ildə törətdiyi qətlə görə Texas sakini Ramiro Qonzalesə qarşı ən yüksək cəza tətbiq olunub.
2006-cı ildə Qonzales 18 yaşlı qıza qarşı cinsi təcavüzdə və onu öldürməkdə təqsirli bilinib. Qonzalesin vəkilləri, müvəkkilinin hökm oxunduğu gündən bəri heç bir zorakılıq hərəkəti etmədiyini və həbsxana ictimaiyyətinə müsbət töhfə verdiyini iddia edərək, edamın dayandırılmasını müdafiə ediblər.

Lakin ittiham tərəfi məhbusun gələcəkdə cəmiyyət üçün təhlükə yaradacağını təkid edib. Nəticədə Texas sakini 23 il sonra ölümcül inyeksiya vasitəsi ilə edam edilib. Bu edam ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda həyata keçirilən səkkizinci ölüm cəzasıdır.


AzVision.az


Teqlər:





Xəbər lenti