Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq
  27 İyun 2024    Oxunub:654
Bu gün Bakının Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrorayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədi ilə iyunun 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin və Binəqədi rayonunun Amay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti