"Qəzzada vəbanın əlamətlərini sezirik"

   "Qəzzada vəbanın əlamətlərini sezirik"
  27 İyun 2024    Oxunub:784
"Sanitar qovşaqların sıradan çıxarılması ağır xəstəliklər törədir".
AzVision.az xəbər verir ki, bu sözləri "Sərhədsiz həkimlər" beynəlxalq xeyriyyə təşkilatının Qəzzada çalışan üzvü Coan Perri "Associated Press" agentliyinə açıqlamasında dilə gətirib.

"Gördüyüm xəstələrin əksəriyyəti bərbad sanitariya şəraiti, su qıtlığı səbəbindən bu hala düşüb, infeksiyalara yoluxub. Qotur, səpki kimi dəri xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri Qəzzanı çənginə alıb", - xanım həkim söyləyib.

O, vəba xəstəliyinin də gec-tez yayılması riskindən narahatlığını diqqətə çatdırıb:

"Susuzluq, isti hava, ağır sanitariya şəraiti və kor-təbii surətdə topalaşan insanlar - bu əlamətlər vəba xəstəliyi üçün münbit şəraitdir...".

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   xəstəlik   vəba  





Xəbər lenti