Mirzoyan: "Türkiyə ilə razılaşmaları həyata keçirməyin vaxtıdır"

      Mirzoyan:    "Türkiyə ilə razılaşmaları həyata keçirməyin vaxtıdır"
  27 İyun 2024    Oxunub:775
"Ankara ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin üçüncü ölkə vətəndaşlarına, diplomatik pasport sahiblərinə açılmasına dair razılaşmaları həyata keçirməyin vaxtı çatıb".
AzVision.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində eston həmkarı Marqus Tsakna ilə birgə keçirdiyi brifinqdə dilə gətirib.

O, həmkarına Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.

"Türkiyə ilə razılaşmalara hər zaman sadiqik", - Mirzoyan deyib.

Xatırladaq ki, iyunun 25-də Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla telefonla danışığında da qarşılıqlı məsələlər və regional problemlərlə bağlı müzakirə aparmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Türkiyə   nazir  





Xəbər lenti