İranda daha bir şəxs namizədliyini geri götürdü

   İranda daha bir şəxs namizədliyini geri götürdü
  27 İyun 2024    Oxunub:949
Tehran meri Əlirza Zəkani prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
Əlirza Zəkani bu barədə özünün sosial media hesabında yazıb. O, mühafizəkarlar qanadından olan iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və ruhani liderinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə namizədliyini geri götürüb.

Bundan əvvəl İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi də seçkilərə bir gün qalmış namizədliyini geri götürüb. İranda keçirilən rəy sorğularının son nəticələrinə görə, seçki yarışına islahatçı Məsud Pezeşkiyan liderlik edir. Mühafizəkarlar Səid Cəlili və Məhəmməd Bağır Qalibaf isə cüzi geriləmə ilə müvafiq olaraq ikinci və üçüncü yerləri tutur.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti