Tramp: "Ukrayna müharibədə qalib gəlməyəcək"

   Tramp:    "Ukrayna müharibədə qalib gəlməyəcək"
  28 İyun 2024    Oxunub:1094
Xəbər verdiyimiz kimi ABŞ prezidentliyinə namizəd olan Cozef Bayden ilə Donald Tramp arasinda ilk debat keçirilib.
Gərgin müzakirələr zamanı Bayden və Tramp Ukrayna-Rusiya müharibəsi barədə də danışıblar. Tramp Putinin Ukraynanı ələ keçirəcəyini bildirib.

Bayden-Tramp debatı: Üçüncü Dünya müharibəsinin anonsunu verdilər
Eyni zamanda, eks-prezident bir neçə dəfə vurğulayıb ki, o, prezident olsaydı, Rusiya heç vaxt Kiyevə qarşı hücuma keçməzdi.

"Əgər Amerikaya Putinin hörmət etdiyi əsl prezident rəhbərlik etsəydi, o, heç vaxt Ukraynanı işğal etməzdi. Hamının düşündüyündən də çox insan öldü. Siz bu rəqəmləri ikiqat, bəlkə də üç dəfə artıra bilərsiniz. Bayden bütün bunların qarşısını almaq üçün heç nə etmədi", - Tramp qeyd edib.

Eks-prezident hətta Ukraynada insanların sözün həqiqi mənada tükəndiyini də iddia edib.

"Ukrayna bu müharibədə qalib gəlməyəcək. Onların insan ehtiyatı, əsgərləri tükənir. Ukraynalılar min illik qızıl günbəzləri olan bu əzəmətli şəhərləri itirdilər. Bütün bunlar ona (Bayden-red.) və onun verdiyi axmaq qərarlara görə oldu. Əgər mən prezident olsaydım, Rusiya heç vaxt hücum etməzdi”, - Tramp deyib.

Siyasətçinin sözlərinə görə, Bayden 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaqla Rusiyanı işğala təşviq etmiş oldu: "Bu, ölkəmizin tarixində dəhşətli biabırçı hadisə, ən biabırçı məqam idi. Putin bunu görəndə deyib ki, "Bilirsən nə var, məncə biz də girəcəyik". Hücum onun arzusu idi. Mən onunla arzusu haqqında danışmışdım. Fərq ondadır ki, o, başqa bir prezidentin zamanında heç vaxt Ukraynanı işğal etməyəcəkdir".

O, həmçinin qeyd edib ki, Putin Trampın prezidentliyi dövründə hardansa torpaq zəbt etməyib: “Rusiya Baydenin dövründə xeyli torpaq tutdu. Amma mənim zamanında belə hal olmadı. Putin bilirdi ki, mənimlə oynamaq olmaz. Ukraynada müharibə başlamamalı idi. Amma indi o, Ukraynanı ələ keçirəcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bayden   Tramp  





Xəbər lenti