Xamenei səs verdi - Video

 Xamenei səs verdi -  Video
  28 İyun 2024    Oxunub:1061
İranın ali dini lideri Ayətullah Əli Xamenei prezident seçkilərində səs verib.
“Seçki biz iranlılar üçün sevinc və xoşbəxtlik günüdür. Seçici fəallığının artması çox yaxşıdır. Biz hər kəsi səsvermə məsələsinə ciddi yanaşmağa və bu mühüm siyasi tədbirdə iştirak etməyə çağırırıq”, -deyə Xamenei bildirib.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf seçkilərdə səs verən dörd namizəddən birincisi olub. O, Tehran ətrafındakı Şah Əbdül Əzim məscidində yerləşən seçki məntəqəsində səs verib. Orada helikopter qəzasında həlak olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian dəfn edilib.

Qalibafdan sonra prezident seçkilərində səs verən ikinci şəxs Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi olub.

Xatırladaq ki, keçmiş prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra hakimiyyət konstitusiyaya uyğun olaraq növbədənkənar prezident seçkiləri elan etdi. Konstitusiyanın 131-ci maddəsinə görə, proses prezidentin vəfatı və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildikdən və onun səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsindən sonra 50 gün ərzində həyata keçirilməlidir.

Prezidentlik uğrunda mübarizədə keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, parlamentin hazırkı sədri Məhəmməd Bağır Qalibaf, deputat Məsud Pezeşkian və keçmiş səhiyyə naziri iştirak edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti