Surət qatarı avtobusla toqquşdu, 7 nəfər öldü - VİDEO

Surət qatarı avtobusla toqquşdu, 7 nəfər öldü    - VİDEO
  28 İyun 2024    Oxunub:977
Slovakiyanın cənubunda sürət qatarı avtobusla toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb.
Xarici KİV-in yaydığı məlumata görə, qəza cümə axşamı Nove Zamki şəhəri yaxınlığında baş verib.

Praqadan Budapeştə gedən qatarda 100-dən çox sərnişin olub. Toqquşmadan sonra lokomotivin mühərriki yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Slovakiya mətbuatının yaydığı məlumata görə, ölənlərin hamısı avtobusda olan sərnişinlər olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti