Uşağa təcavüz edən voleybolçu Olimpiadada iştirak edəcək

   Uşağa təcavüz edən voleybolçu Olimpiadada iştirak edəcək
  28 İyun 2024    Oxunub:1182
Uşağa təcavüz edən hollandiyalı voleybolçu Stiven van de Velde Olimpiadada iştirak edəcək. Bu barədə CNN məlumat yayıb.
“O, İngiltərə qanunlarına görə məhkum edilib və cəzasını çəkib. Qayıdandan sonra ona şübhə etmək üçün heç bir səbəb yox idi”, - deyə Hollandiya Voleybol Federasiyasının baş direktoru Mişel Everaert bildirib.

2014-cü ildə çimərlik voleybolçusu van de Velde sosial şəbəkədə tanış olduğu 12 yaşlı qızla yaxın münasibətdə olub.

İdmançı 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının bir hissəsini İngiltərədə çəkib. Daha sonra vətəninə təhvil verilib və orada azad edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti