"Şamaxı"da növbəti ayrılıq

"Şamaxı"da növbəti ayrılıq
  30 İyun 2024    Oxunub:737
Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov, ilə yollarını ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti