Avtomobil sexində yanğın olub

Avtomobil sexində yanğın olub
  30 İyun 2024    Oxunub:748
Bakıda avtomobil sexində yanğın olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 kvadratmetr olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, bir ədəd su sayğacı və bir ədəd elektrik açarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti