Türkiyədə çörək sexində partlayış - Ölən və yaralananlar var

 Türkiyədə çörək sexində partlayış -    Ölən və yaralananlar var
  30 İyun 2024    Oxunub:1269
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı TRT Haber yayıb. Hadisə yerli vaxtla 15:00 radələrində olub.

Ölkənin Daxili işlər naziri Ali Yerlikayanın verdiyi son məlumata görə, partlayış nəticəsində yaralananların sayı 57-yə yüksəlib.

Partlayışa səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.




Şahanə Rəhimli

AzVision.az



Teqlər:





Xəbər lenti