Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi

   Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi
  30 İyun 2024    Oxunub:741
Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin yüksək həddi tənzimlənib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında yer alıb.

Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub.

***

AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti