AVRO-24: Fransa Belçikaya, Portuqaliya Sloveniyaya qarşı

   AVRO-24:    Fransa Belçikaya, Portuqaliya Sloveniyaya qarşı
  01 İyul 2024    Oxunub:1034
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.
Günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Fransa D, Belçika isə E qrupunun ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Portuqaliya F qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb. Sloveniya isə C qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlib.

AVRO-2024

1/8 final

1 iyul


20:00. Fransa - Belçika


Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Portuqaliya - Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.
AzVision.az



Teqlər:





Xəbər lenti