"İrəvan Qarabağ ermənilərini siyasi hədəfə çevirir"

   "İrəvan Qarabağ ermənilərini siyasi hədəfə çevirir"
  01 İyul 2024    Oxunub:790
"Ermənistan hökuməti Dağlıq Qarabağdan köçüb gəlmiş ermənilərin problemlərinə həll tapmaq əvəzinə onları borclu çıxarır".
AzVision.az xəbər verir ki, bu sözləri "Sputnik Armenia"ya müsahibəsində erməni iqtisadçı Suren Parsyan dilə gətirib.

O bildirib ki, hakimiyyət Qarabağ ermənilərinin iqtisadi rifahı naminə büdcədən yardım ayırsa da, bu yardımı onların başına qaxır.

"Doğrudur, sözügedən yardım respublikanın illik büdcəsinin təxminən 5%-dir, lakin bu siyasi məqsəd daşıyır. Rəhbərlik həmin şəxslərə mənəvi təzyiq göstərərək, onları, əslində, özünə borclu çıxarmağa çalışır ki, hər hansı şəkildə etiraz bildirə bilməsinlər", - iqtisadçı vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   iqtisadi-vəziyyət  





Xəbər lenti