Türkiyədə sərnişin avtobusu aşıb: 11 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb:    11 nəfər yaralanıb
  01 İyul 2024    Oxunub:820
Türkiyənin Uşak şəhərində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər yaralanıb.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə polis və təcili yardım xidməti xəlb olunub. Avtobusun sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti tək zolaqla məhdudlaşdırılıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   qəza  





Xəbər lenti