İsrail Livana növbəti dəfə zərbə endirib - VİDEO - YENİLƏNİB

   İsrail Livana növbəti dəfə zərbə endirib -  VİDEO - YENİLƏNİB
  01 İyul 2024    Oxunub:1403
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"a məxsus obyektlərə gün ərzində ikinci dəfə hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti "X"də məlumat yayıb.

Bildirilir ki, Livanın Bəlida şəhərində "Hizbullah"ın qərargahına aviazərbə endirilib.


* * *

10:10
İsrail Hərbi Hava Qüvvələri Livanın sərhədyanı kəndlərində yerləşən "Hizbullah" obyektlərini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Radiosu "X"də məlumat yayıb.

Bildirilir ki, aviazərbələr Kəfr Kila və Əl-Bəyazə kəndlərinə tuşlanıb.

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

Xatırladaq ki, bir müddət əvvəl İsrail rəhbərliyi Livana qarşı böyük əməliyyat başladıldığını diqqətə çatdırmışdı.

Yeri gəlmişkən, Almaniyanın xarici işlər naziri xanım Annalena Berbok və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin timsalında bir sıra qərb nümayəndəsi İsrail və "Hizbullah" arasında sərhədyanı toqquşmaların intensivləşməsindən narahatlıqlarını dilə gətirmiş, Yaxın Şərqdəki müharibənin Livan vasitəsilə Avropaya yayılması riskinə eyham vurmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   hücum  





Xəbər lenti