Dağıstan terrorunda ölənlərin sayı 22-yə çatıb

Dağıstan terrorunda ölənlərin sayı    22-yə çatıb
  01 İyul 2024    Oxunub:729
İyunun 23-də Dağıstanda silahlıların törətdikləri qanlı hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Melikov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

Xatırladaq ki, iyunun 23-də Dərbənddə kilsə və sinaqoqu avtomatdan atəşə tutan terrorçular xeyli sayda mülki şəxs və polis öldürüblər. Silahlı cinayətkarlar həmçinin Mahaçqalanın Ermoşkina küçəsində yerləşən yol polisi postunu da atəşə tutublar. Terrorçular sinaqoqu yandırdıqdan sonra məhv ediliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti