Rusiyada məscidə qanlı donuz tikələri atdılar - FOTO

Rusiyada məscidə qanlı donuz tikələri atdılar  - FOTO
  02 İyul 2024    Oxunub:857
Rusiyada məscid təhqir olunub.
AzVision.az xəbər verir ki, bu barədə 72.ru məlumat yayıb. Qeyd edilir ki, hadisə Tümendə baş verib və naməlum şəxslər müsəlmanların ibadət evinə donuz tikələri atıblar.

Məsciddə çalışanların sözlərinə görə, onlar səhər saatlarında qan içində olan donuz dırnaqları tapıblar. Lakin bu arzuolunmaz hadisəni ictimailəşdirməyiblər. Dindarlar polisə də müraciət etməyiblər.

Nəşr yazıb ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə ilə bağlı onlara müraciət olunmadığını deyiblər.

“Bunu edənlər bizdən reaksiya gözləyirlər. Amma biz onlara reaksiya verməyəcəyik. Bu cür iyrəncliklərə qarşı daha dözümlü olmaq lazımdır. İndi hər tərəfdən müsəlmanlara təzyiqlər var, bizi parçalamağa çalışırlar”, - deyə işçilərdən biri açıqlamasında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti