İlham Əliyev Tacikistanla dörd sənədi təsdiqlədi

   İlham Əliyev Tacikistanla dörd sənədi təsdiqlədi
  02 İyul 2024    Oxunub:527
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Eyni zamanda Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə müvafiq fərmanı da imzalayıb.

Bununla yanaşı, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərmanı da imzalayıb.

Qeyd edək ki, həmin sazişlər 2024-cü il mayın 23-də Bakı şəhərində imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti