Bayden və Makronun səfirləri İsrail-Livan məsələsi ilə bağlı görüşəcəklər

   Bayden və Makronun səfirləri İsrail-Livan məsələsi ilə bağlı görüşəcəklər
  03 İyul 2024    Oxunub:799
ABŞ Prezidentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Emos Hokşteyn və Fransa Prezidentinin Livan üzrə şəxsi səfiri Jan-İv Le Drian İsrail-Livan sərhədində günbəgün qızışan toqquşmalar barədə danışıqlar aparacaqlar.
AzVision.az xəbər verir ki, onların görüşü Fransanın paytaxtı Parisdə baş tutacaq.

Xatırladaq ki, Hokşteyn ötən ay İsrail və Livanda da bu məsələ ilə bağlı müzakirələr aparmış, şiddətlənən münaqişənin həlli üçün diplomatik yolun mümkünlüyünü vurğulamışdı.
Brik: "Regional müharibənin astanasındayıq"

Livanın "Hizbullah" terror təşkilatı və İsrail arasında ötən ilin oktyabrından bəri başlayan sərhədboyu toqquşmalar Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması riskini artırır. İstər yerli, istərsə də avropalı liderlər belə bir ehtimalda müharibənin Avropaya da yayıla biləcəyindən narahatlıqlarını dilə gətiriblər.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İran isə "əgər İsrail bu təşkilata qarşı genişmiqyaslı müharibəyə başlayarsa, ona dəstək verəcəyini" xatırladıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Fransa   İsrail   Livan  





Xəbər lenti