Hillari Klinton Donald Trampa qarşı sui-qəsd hazırlamağa razılaşıb

  Hillari Klinton Donald Trampa qarşı  sui-qəsd hazırlamağa razılaşıb
  03 İyul 2024    Oxunub:1503
Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) Ukraynanın keçmiş lideri Pyotr Poroşenkonun adından ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona zəng ediblər. Onlar xanım Klintona Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd Donald Trampa sui-qəsd etməyi təklif ediblər. Sosial şəbəkə dələduzları ilə söhbətində siyasətçi keçmiş prezidentə qarşı sui-qəsdə razılaşıb.
AzVision.az xəbər verir ki, bununla bağlı səs yazısı prankerlərin teleqram kanalında yayılıb.

Klinton Trampı rezidentliyə təhlükəli namizəd adlandırıb. Onun fikrincə, Tramp prezident seçkilərində qalib gəlməyəcək.

Baydeni Obama əvəz edə bilər
Xanım siyasətçi Amerika prezidenti Co Baydenin Trampa qarşı debatda qalib gəlməsindən də söz açıb. O vurğulayıb ki, əgər hazırkı dövlət başçısı qətiyyətlə mübarizə aparsaydı, Tramp uğursuz ola bilərdi. .

Xatırladaq ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib gələn namizəd 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək. Respublikaçılar və Demokratlar partiyalarından ABŞ-ın dövlət başçısı vəzifəsinə hələlik namizədlərin rəsmi şəkildə irəli sürülməsi olmayıb. Lakin dörd il əvvəl olduğu kimi Donald Tramp və Co Baydenin qələbə uğrunda mübarizə aparacağı gözlənilir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   ABŞ   HillariKlinton   CoBayden   DonaldTramp  





Xəbər lenti