"Bugatti": "Olena Zelenska bizdən avtomobil almayıb"

      "Bugatti":    "Olena Zelenska bizdən avtomobil almayıb"
  03 İyul 2024    Oxunub:1065
"Bugatti" avtomobil şirkətinin Paris dileri Ukrayna Prezidentinin həyat yoldaşı Olena Zelenskanın onlardan 4,5 milyon avroya "Bugatti Tourbillon" avtomobili alması ilə bağlı xəbəri yalanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabından bildirilib.

Sözügedən xəbəri ötən günlərdə Fransanın "Vérité Cachée" nəşri yaymışdı. Nəşrin iddiasına görə, avtomobil Zelenski ailəsinə xüsusi təqdimatla verilib və Volodimir Zelenski də şəxsən təqdimata qoşulub.

Xanım Zelenska özü hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   birinci-xanım   Bugatti  





Xəbər lenti