Lukaşenko: "Aİ və ABŞ Hitler Almaniyası kimi “müəllim” rolunu oynamaq istəyir"

   Lukaşenko:    "Aİ və ABŞ Hitler Almaniyası kimi “müəllim” rolunu oynamaq istəyir"
  03 İyul 2024    Oxunub:1062
Belarus prezidenti Aleksandr Lukaşenko Qərblə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyi şərəfinə keçirilən paradda çıxışı zamanı deyib ki, Avropa İttifaqı (Aİ) və ABŞ “müəllim” rolunu öz üzərinə götürüb. Hansı ki, bunu əvvəllər Hitler Almaniyası edib.

Belarus liderinin fikrincə, Vaşinqton Ukraynaya silah satışından əldə edəcəyi fayda və qazancları hesablayır. ABŞ bu istiqamətdə öz məqsədinə çatmaqla yanaşı, Ukrayna xalqını yoxsulluğa sürükləməyə çalışır.

Belarus prezidenti bundan öncə bəyan etmişdi ki, dünya qlobal fəlakətin astanasındadır və Qərb ölkələri yeni “səlib yürüşü”nə başlayıblar.

Onun sözlərinə görə, kollektiv Qərb İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətlərə göz yumur və 1945-ci ildə təslim olanların varisləri hazırda sükan arxasındadırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti