"Bir ay intensiv işləsək, Azərbaycanla mühüm saziş imzalaya bilərik" - Mirzoyan

 "Bir ay intensiv işləsək, Azərbaycanla mühüm saziş imzalaya bilərik"    - Mirzoyan
  03 İyul 2024    Oxunub:1263
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlarda zamanı deyib.

“Bəyan etdim ki, bir ay ərzində intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm sazişi imzalaya bilərik. Bununla yanaşı, regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Bu, təkcə Ermənistan üçün deyil, digər region ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”, - o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti