Azərbaycanda yeni növ geoparklar yaradılacaq

   Azərbaycanda yeni növ geoparklar yaradılacaq
  03 İyul 2024    Oxunub:772
Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkəmizdə ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır. Bununla bağlı, YUNESKO-nun “İnsan və Biosfer Proqramı”na təqdim ediləcək nominasiya dosyesinin hazırlanması prosesi yekunlaşıb.
Ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parklın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər aparılır.

Hazırda ölkəmizdə ümumi sahəsi 893 000 hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bununla yanaşı xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti