İsraildə Qərbi Nil virusu yayılır

   İsraildə Qərbi Nil virusu yayılır
  04 İyul 2024    Oxunub:927
Son günlərdə İsrailin mərkəzi şəhərlərində Qərbi Nil virusu nəticəsində formalaşan qızdırma xəstəliyi vüsət alıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əhali arasında bu xəstəliyə 153 yoluxma faktı qeydə alınıb.

İndiyədək 11 nəfər isə sözügedən qızdırmadan həyatını itirib.

Qərbi Nil virusu insana əsasən ağcaqanadlar vasitəsilə yoluxur. Əksər hallarda hər hansı əlaməti üzə çıxmasa da, xəstəlik dövründə qızdırma, baş ağrısı, qusma, ishal və əzələ ağrıları mümkündür.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   virus   xəstəlik  





Xəbər lenti