Ermənistan-ABŞ nüvə silahlarına qarşı mübarizə sazişinin müddəti uzadılıb

   Ermənistan-ABŞ nüvə silahlarına qarşı mübarizə sazişinin müddəti uzadılıb
  04 İyul 2024    Oxunub:930
Ermənistan və ABŞ arasında nüvə, bioloji və kimyəvi silahlara qarşı mübarizə ilə bağlı 2023-cü ilin noyabrında qüvvədən düşmüş sazişin müddəti 2030-cu ilədək uzadılıb.
AzVision.az xəbər verir ki, sözügedən sazişin müddəti daha əvvəl 2009 və 2016-cı illərdə yeddiilik müddətə uzadılmışdı

2000-ci ildə Vaşinqtonda imzalanmış sazişə əsasən, tərəflər bu silahların, onların istehsalı üçün texnologiya və xammalın yayılmasına qarşı mübarizədə əməkdaşlığı öhdəliklərinə götürmüşdülər.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   nüvə-silahı   saziş  





Xəbər lenti