Ukraynanın NATO-ya üzvlüyü ilğıma çevrilir

   Ukraynanın NATO-ya üzvlüyü    ilğıma çevrilir
  04 İyul 2024    Oxunub:879
Gələcəkdə NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə əsasən Ukraynanı Rusiyadan müdafiə etməmək üçün Qərbin xarici siyasət üzrə 60-dan çox eksperti alyans ölkələrini qarşıdan gələn sammitdə bloka üzvlük barədə Kiyevə vəd verməməyə çağırıblar.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, qərbli analitiklərin fikrincə, Ukraynanın NATO-ya üzvlüyü məsələsinə təkan verilməsi ABŞ-ni və onun müttəfiqlərini təhlükə altına salacaq və koalisiyanı parçalayacaq.

“NATO Ukraynanın müharibə bitdikdən sonra Alyansa qoşulacağına söz verməyə yaxınlaşdıqca, Rusiya müharibəni davam etdirmək üçün bir o qədər həvəslənəcək. Rusiyanın yaratdığı təhdidlərin Ukraynanı NATO-ya cəlb edilmədən də mümkündür. Ukraynanın üzvlüyə doğru addım atması əks effekt verə və Ukraynanı dünyanın iki aparıcı nüvə dövləti arasında uzunmüddətli qarşıdurma meydanına çevirə bilər. Bu isə münaqişənin Qrəbrlə Rusiya arasında getdiyini iddia edən Putinin əlinə oynamaq deməldir”, - analitiklərin müraciətində deyilir.

Bu ekspertlərin mövqeyi ilə razılaşmayan analitiklər isə Ukraynanın Şimali Atlantika Alyansına dəvət almasında israrlıdırlar. Məsələn, nüfuzlu “Rand Corporation” analitik mərkəzinin tədqiqatçılarına görə, müttəfiqlər sammitdə Ukraynaya gələcək üzvlük şərtlərinə aydınlıq gətirməkdən faydalana bilərlər. Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən ABŞ-nin “The Atlantic Council” (Atlantika Şurası) analitik mərkəzi də bildirir ki, bu addım Qərbin dəstəyinin tərəddüdə məruz qalmayacağını Kiyevə sübut edəcək.

Hələik isə sübuta yetən budur ki, əvvəllər yağlı vədlərələ Ukraynanı Rusiya ilə yüz minlərlə günahsız insanın ölümünə səbəb olan və hələ də sonu görünməyən müharibəyə sürükləmiş “centlmenlər” öz iyrənc oyunlarına xitam verməyə tələsmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Ukrayna  





Xəbər lenti