Bakıda tozun miqdarı normadan çoxdur

 Bakıda tozun miqdarı normadan çoxdur
  05 İyul 2024    Oxunub:957
Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova " AzVision.az -a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti