İranda prezident seçkilərinin ikinci turu keçirilir - FOTO/VİDEO

   İranda prezident seçkilərinin ikinci turu keçirilir -    FOTO/VİDEO
  05 İyul 2024    Oxunub:881
İran İslam Respublikasında hökumət başçısını (prezident) müəyyənləşdirmək üçün seçkilərin ikinci turu başlayıb.
AzVision.az xəbər verir ki, seçkidə prezident postuna namizədlər türksəsili həkim, siyasətçi, keçmiş səhiyyə və tibbi təhsil naziri Məsud Pezeşkiyan ilə Sistemin Məqsədəuyğunluğunu Qiymətləndirmə Şurasının üzvü, mühafizəkar qanada mənsub Səid Cəlilidir.

Onlar seçkilərin ilk turunda seçicilərdən müvafiq 44,36% və 40.35% səs toplamışdılar.

Rəqibinə üstün gəlmiş Pezeşkiyanın ikinci turda da qalib gəlməsi ehtimalı yüksəkdir.

Ölkədə yerli vaxtla saat 8-də başlayan seçkilərdə ali dini lider Xamenei də artıq öz səsini verib.


Firudin Həmidli
AzVision.az


Teqlər: İran   prezident-seçkiləri   ikinci-tur  





Xəbər lenti