Avro -2024-ün sponsoru təsadüfən "seks-şop"u reklam etdi

Avro -2024-ün sponsoru təsadüfən "seks-şop"u reklam etdi
  05 İyul 2024    Oxunub:1368
Çinin avtomobil şirkəti olan "BYD" səhvən alman seks mağazasını reklam edib.
AzVision.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.

Maraqlıdır ki, onun sponsor olması səbəbindən Almaniyadan olan azarkeşlər "BYD" brendi haqqında daha çox məlumat almaq istəyəndə Buy Your Dildo (byd.de.) seks-şopunun portalına daxil olublar. Nəticədə "BYD"nin sayəsində mağazanın izləyicilərinin sayı artıb. Məsələ ondadır ki, ".de" ölkənin milli domeni sayılır. Sponsorun saytı isə ".com"-la bitir. Böyüklər üçün mağaza öz saytında elan yerləşdirərək yazıb: "Əgər Çin avtomobil istehsalçısı axtarırsınızsa, onu www.byd.com saytında tapa bilərsiniz."

"BYD" Avro- 2024 futbol turnirinin sponsorudur.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti