40 dərəcə isti gözlənilir

   40 dərəcə isti gözlənilir
  05 İyul 2024    Oxunub:1356
Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

“İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”, - o deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti