Ben Qvir Netanyahunu hədələdi: “Tənha qalacaqsınız”

   Ben Qvir Netanyahunu hədələdi:    “Tənha qalacaqsınız”
  05 İyul 2024    Oxunub:1435
İfrat sağçı “Otzma Yehudit (Yəhudi Gücü)” partiyasının rəhbəri, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir yenidən hakim koalisiyadan çıxacağı ilə hədələyib.
AzVision.az xəbər verir ki, siyasətçinin narazılığı baş nazir Benyamin Netanyahunun Qəzza zolağında vəziyyətin nizamlanmasının mümkünlüyü barədə danışıqlar üçün İsrail nümayəndələrini Dohaya göndərmək qərarı ilə bağlıdır.

“İsrail Hayom” qəzetinin məlumatına görə, nazir iyulun 4-də axşam keçirilən və İsrail nümayəndə heyətinin Qətərə göndərilməsinə həsr olunmuş hərbi-siyasi kabinetin iclasında öz hədəsini birbaşa Netanyahunun diqqətinə çatdırıb.

“Baş nazir, sizə deyirəm ki, təkbaşına qərarlar qəbul etsəniz, bunu öz qorxunuz və riskiniz hesabına edəcəksiniz, sonda isə tək qalacaqsınız”, - qəzet nazirin sözlərindən sitat gətirib.

Ben-Qvir, onun fikrincə, Netanyahunun bütün mühüm qərarları təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə qapalı görüşlərdə qəbul etməsindən şikayətylənib. Belə görüşlərdən birinin isə hərbi-siyasi kabinetin iclasından dərhal sonra keçiriləcəyi gözlənilirdi.

“Təhlükə yoxdur, bu, reallıqdır. Əgər təkbaşına qərarlar verəcəksinizsə, məndən bu hökuməti qoruyub-saxlamağı gözləmək lazım deyil”, - İsrailin Milli Təhlükəsizlik naziri vurğulayıb.

Ben-Qvir: "Həbsxanalarımız dolub, ancaq bu yaxşıdır"
Qeyd edək ki, Ben-Qvirin baş naziri hakim koalisiyadan çıxmaqla hədələməsi ilk dəfə deyil.
Əvvəllər o, dəfələrlə Qəzza zolağında hansı bir atəşkəs rejiminin elan edilməsinə qarşı çıxaraq, Netanyahudan anklavdakı hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmağı və HƏMAS hərəkatını tamamilə məğlubiyyətə uğratmağı tələb edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ben-Qvir   Netanyahu  





Xəbər lenti