ABŞ senatoru: Sülh tez imzalanmalıdır

   ABŞ senatoru:       Sülh tez imzalanmalıdır
  05 İyul 2024    Oxunub:1067
ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır
AzVision.az xəbər verir ki, ABŞ senatoru Rocer Uiker İrəvanda keçirilən mətbuat konfransında deyib.

“Son məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin, hüquqlara hörmətin olmasıdır”, - o bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də bu mövzuya toxunaraq qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir:

“Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sülh müqaviləsinin məqsədləri bunlardır. Ermənistan üçün sülh sazişi vacibdir, çünki İrəvan əmin olmalıdır ki, Azərbaycan tərəfdən heç bir hərbi əməliyyat olmayacaq, sərhəd-keçid məntəqələri açıq olacaq və həll olunmamış məsələlərə doğru addımlar atılacaq. Sülh sazişinin tezliklə imzalanmasını istəyirik”.

AzVision.az



Teqlər:





Xəbər lenti