Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

   Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
  06 İyul 2024    Oxunub:754
Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir:

"Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".
AzVision.az



Teqlər:





Xəbər lenti