Həbsdə olan qardaşına narkotik apardı

   Həbsdə olan qardaşına narkotik apardı
  06 İyul 2024    Oxunub:1071
Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb.
Bu barədə AzVision.az - a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti