"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib

   "Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib
  07 İyul 2024    Oxunub:746
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
IFFHS-nin rəsmi saytında yer alan məlumata görə, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xaç) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.

AzVision.az


Teqlər:





Xəbər lenti