Xames Messinin rekordunu təkrarladı

   Xames Messinin rekordunu təkrarladı
  07 İyul 2024    Oxunub:969
Kolumbiya millisinin üzvü Xames Rodriqes Amerika kubokunun 1/4 finalında Panama ilə keçirilən oyunda (5:0) 1 qol vurub, 2 qol ötürməsi edib.
AzVision.az xəbər verir ki, Xames hazırda keçirilən Amerika kubokunda assist sayını 5-ə çatdırıb. Turnir tarixində bu saya çatan cəmi üç futbolçu var.

1997-ci ildə Denilson (Braziliya), 2004-cü ildə Aleks (Braziliya) və 2021-ci ildə Lionel Messi (Argentina) turnirdə beş və daha çox məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kolumbiya millisi yarımfinalda Uruqvay yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 11-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti