"Kürd Elnur" ev dustaqlığına buraxılmadı

   "Kürd Elnur" ev dustaqlığına buraxılmadı
  08 İyul 2024    Oxunub:988
Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3, 234.2, 221.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən Abbasov Elnur Tofiq oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Kürd Elnur" kimi tanınan Elnur Abbasovun anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı Babaxan Həsənəliyev də cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə Elnur Abbasovun həbsinin ev dustaqlığıyla əvəz edilməsi üçün vəsatət verib.

Dövlət ittihamçısı isə vəsatətin təmin olunmasına etiraz edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra vəkilin vəsatətin təmin olunmamasını istəyib. Növbəti məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.

Qeyd edək ki, Elnur Abbasov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.

AzVision.az



Teqlər:





Xəbər lenti