Starmer Baydenlə görüşəcək

   Starmer Baydenlə görüşəcək
  09 İyul 2024    Oxunub:913
Britaniyanın yeni Baş naziri Kir Starmerin sabah Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Tərəflər qarşılıqlı əlaqələr, habelə qlobal məsələlər ətrafında danışıqlar aparacaqlar.

Starmerin sözügedən sammitdə həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi də bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   ABŞ   NATO   görüş  





Xəbər lenti