Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı 41-ə çatıb - Yenilənib

   Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı 41-ə çatıb -  Yenilənib
  09 İyul 2024    Oxunub:927
Rusiyanın bazar ertəsi Ukraynaya atdığı raket paytaxt Kiyevdə uşaq xəstəxanasını vurub.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olub.

Son məlumata görə, 171-dən çox adam yaralanıb.

Ukrayna prezidenti Vladimir Zelenski 100-dən çox binanın, o cümlədən Kiyevdəki uşaq xəstəxanası və doğum evinin, uşaq bağçaları, biznes mərkəzlərinin zədələndiyini bildirib.

***

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.

AzVision.az xəbər verir ki, bu
Zelenski: “Ukrayna yeni torpaqlar itirə bilər”
barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko teleqramda məlumat yayıb.

Qeyd olunub ki, raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 27 nəfər həlak olub, 117 nəfər yaralanıb.

Bundan əlavə, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kiyevin Şevçenkovski rayonunda gecə dağıntıların təmizlənməsi zamanı oğlan uşağı meyiti tapılıb. Hadisə yerinə 377 xilasedici və Dövlət Fövqəladə Hallar Xidmətinin 76 texnikası cəlb olunub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti