"Sülh müqaviləsinin imitasiya xarakterli deyil, həqiqi olması vacibdir"

   "Sülh müqaviləsinin imitasiya xarakterli deyil, həqiqi olması vacibdir"
  09 İyul 2024    Oxunub:868
Sülh müqaviləsinin imitasiya xarakterli deyil, həqiqi və səmimi olması vacibdir.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Ölkəmizin regional və qlobal təşəbbüslərindən geniş bəhs edən Hikmət Hacıyev, xüsusilə COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.

Regionumuzda sülh və təhlükəsizlik quruculuğunun vaxtının yetişdiyi, bölgəmizin silahlara deyil, əməkdaşlığa ehtiyacının olduğu diqqətə çatdırılıb.

Sülh prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə imitasiya xarakterli deyil, həqiqi və səmimi olmasının vacibliyi, bu istiqamətdə ilk növbədə Ermənistanın daxili auditoriyasının buna hazır olmasının əhəmiyyəti vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti