Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı açıqlanıb

   Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı açıqlanıb
  10 İyul 2024    Oxunub:798
Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.
Prezidentin köməkçisi: Seçkilərin şəffaf keçirilməsi təmin edilməlidir
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün MSK-da keçirilən müşavirədə deyib.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb: “Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti