Bir ailənin 3 üzvü qəzaya düşdü: Ölən var

   Bir ailənin 3 üzvü qəzaya düşdü:    Ölən var
  11 İyul 2024    Oxunub:735
Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.

Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti