Pakistan qırıcıları İlham Əliyevin olduğu təyyarəni müşayiət edib - VİDEO

 Pakistan qırıcıları İlham Əliyevin olduğu təyyarəni müşayiət edib -  VİDEO
  11 İyul 2024    Oxunub:1062
Azərbaycan Prezidenti İlham Əliyevin olduğu təyyarə Pakistan dövlətinin hava məkanına daxil olarkən bu ölkənin qırıcılar havaya qaldırılıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.



AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti